Yaponiyada ilk uçan avtomobil sınaqdan keçirildi - VİDEO
18 Fevral 2023
Yaponiyada, ölkənin cənub-qərbində yerləşən Oita prefekturasında iki sərnişin üçün nəzərdə tutulan uçan avtomobilin ilk sınaqları keçirilib.
Pressklub.az xəbər verir ki, uçan maşında dron texnologiyasından istifadə edilib.
Sınaqlar zamanı iki nəfərlik kabinəli kvadrokopterə bənzəyən qurğu 30 m hündürlüyə qalxıb və dəniz üzərində dairəvi trayektoriya ilə hərəkət edərək 3 dəqiqə ərzində 431 m məsafə qət edib. Uçuş sürəti 36 km/saat olub.
Avtomobili hazırlayan texnologiya şirkəti “Masc”ın rəhbəri Kirino Hiroşi bildirib ki, növbəti sınaqlar uğurlu olarsa, o, uçan avtomobilləri kommersiya satışına çıxarmağı planlaşdırır. Onun sözlərinə görə, bu ehtimal ildən-ilə artır.