Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaponiya Çindən müdafiə üçün sualtı dronların istehsalını sürətləndirəcək

Yaponiya Çindən artan hərbi təhlükə səbəbindən dəniz təhlükəsizliyini gücləndirmək üçün pilotsuz sualtı dronların sürətləndirilmiş inkişafı və istehsalını təşviq edəcək.

Pressklub.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Çin sahil mühafizə gəmiləri bu yaxınlarda dəfələrlə Pekinin iddia etdiyi Tokionun nəzarətində olan Senkaku adaları ərazisində Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olub.

Bu bir neçə boş ada üzərində ərazi mübahisəsi Çin-Yaponiya münasibətlərində gərginliyin artmasına ən çox təsir edən amillərdən biri olaraq qalır.

Yaponiyanın Baş naziri Fumio Kisida hökuməti tərəfindən hazırlanan ölkənin okean siyasəti üzrə yeni strategiya layihəsində deyilir ki, dəniz təhlükəsizliyini gücləndirmək məqsədilə Yaponiya müşahidə və kəşfiyyat üçün nəzərdə tutulmuş pilotsuz sualtı aparatların hazırlanması və istehsalını sürətləndirəcək.