Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yağıntılı hava davam edəcək - PROQNOZ

Ölkə ərazisində müşahidə olunan külək mayın 8-i gündüz saatlarından başlayaraq tədricən zəifləyəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, qeyri-sabit, arabir yağıntılı hava şəraiti isə birinci ongünlüyün sonlarınadək davam edəcək.

Ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir.

Xidmət rəisi Umayra Tağıyevanın sözlərinə görə, respublikanın rayonlarında mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir.

"Yağıntıların intensivliyi azalıb. Bu gün günün ikinci yarısı və axşama doğru küləyin sürətinin zəifləməsi proqnozlaşdırılır".

Sabah isə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Mayın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.