Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xoş olmayan görüntü: Ərdoğan ancaq ona əl uzatdı - VİDEO

Türkiyə siyasətində iqtidar-müxalifət qarşıdurması ən kəskin forma almağa başlayıb. Artıq iş o yerə çatıb ki, şəxsi münasibətlər dövlət protokolunu da üstələyir.

Türkiyədə uzun illər mövcud olan protokola görə, ölkənin əsas müxalifət liderləri xüsusi dövlət tədbirlərinə çağırılırlar. Dövlət rəhbəri ölkənin taleyüklü məsələlərində siyasi liderlərlə məsləhətləşmələr aparır. Bu, eyni zamanda ölkə əhəmiyyətli dəfn tədbirlərinə də aiddir. Bu tədbirlərdə ən qatı rəqiblər belə, qısa müddətə və rəsmi protokol naminə rəqabəti bir kənara atırlar.

Amma son hadisələr artıq münasibətlərin düşmənçilik səviyyəsinə çatdığını göstəriri. Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal dəfni zamanı yaşananlar çox şeylərdən xəbər verir.

Pressklub.az-ın məlumatına görə, mərasimə qatılanlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.

Tədbirdə dövlət başçısının Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu ilə deyil, Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə ilə əl-ələ görüşərək onun yanında dayanması diqqət çəkib.