Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xədicə İsmayıl ifadə verməkdən imtina edib

Martın 14-də “Toplum” TV-nin baş redaktoru Xədicə İsmayıl ifadə vermək üçün getdiyi Bakı Şəhər Polis İdarəsində 3 saata yaxın vaxt keçirib.

Oradan çıxdıqdan sonra jurnalistlərə bildirib ki, onu müstəntiq Əlibala Hacıyev dindirib.

“Dindirmə zamanı prosedur məsələlərlə bağlı mübahisə etdik. Ona görə də hər şey bir qədər uzandı", - İsmayıl bildirib. O deyib ki, ifadə verməkdən imtina edib.

“Çünki Azərbaycan Konstitusiyasının 66-cı maddəsi (heç kim özünə qarşı ifadə verməyə məcbur edilə bilməz) və Cinayət- Prosessual Məcəlləsinin 227-ci maddəsi mənə bu hüququ verir. Sonradan ifadədən əleyhimə istifadə olunmayacağına əmin deyiləm. İstintaq orqanının qərəzliliyini hiss edərək öz konstitusiya hüququmdan istifadə etdim", - İsmayıl deyib.

O qeyd edib ki, təkrar çağırılmasının mümkünlüyü barədə heç nə deməyiblər.