Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xankəndinin "komendantı" Ermənistanda saxlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti Sarkis Qalstyanı saxlayıb. Bu barədə Ermənistan KİV-i xəbər verib.

O 2023-cü ilin sentyabrından sonra Qarabağda qalan ermənilərdən biridir. Bəzi erməni mənbələrə görə, Azərbaycan hakimiyyəti onu Xankəndinin komendantı təyin edib. Lakin bu günlərdə o, həyat yoldaşı ilə birlikdə Ermənistana qayıdıb və dərhal Qoris şəhərində saxlanılıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu xəbərləri şərh etmir.

Xatırladaq ki, Qalstyan Qarabağdan gedən qarabağlıları geri qayıtmağa və Azərbaycan vətəndaşlığını qəbul etməyə çağıranlardan biriydi. Bundan əvvəl erməni mənbələr onu Azərbaycan hakimiyyətilə əməkdaşlıq etməkdə ittiham edərək xain adlandırmışdılar. (Turan)