Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vətənində müharibə gedən müğənninin Bakıda dəbdəbəli toydan görüntüləri - VİDEO

Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın Bakıda dəbədbəli restoranların birində şou proqramla çıxış etməsinin görüntüləri yayılıb.

Toyu olan Emil Telman adlı biznesmenin oğludur. Ailə uzun müddətdir Qazaxıstanda yaşayır.

Emilin ailə qurduğu Aysel isə Azərbaycanda yaşayır.

Qeyd edək ki, Loboda uzun müddət Rusiyada yaşayıb və işləyib, 2014-cü ildən bəri Rusiyanın təcavüzünə səssiz qalıb. O, bu mövqeyinə görə vətənində kəskin tənqid olunub. Bu ilin fevralında Rusiya tam miqyaslı hücuma başlayandan sonra isə ağlayaraq müharibənin dayandırılmasını istəyən videosu yayılıb. Buna baxmayaraq, vətəni Ukraynada ona qarşı hələ də mənfi münasibət var.

Toyda, həmçinin tanınmış gürcü müğənni Dato, Xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və rəhbərlik etdiyi “Natiq” rim qrupu, Əməkdar artist Xəyyam Nisanov və başqaları çıxış ediblər.

Həmin görüntüləri təqdim edirik: