Vergilər idarəsinin qarşısında dava: Əməkdaşlara balta ilə hücum olub
22 Aprel 2023
Aprelin 20-də təxminən gündüz saat 12 radələrində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Masallıdakı Xidmət Mərkəzinin qarşısında insident olub, vergi əməkdaşlarına balta ilə hücum edilib.
Davaya səbəb vətəndaşların qəbulu zamanı növbə məsələsindəki anlaşılmazlıq olub.
Araşdırmalar nəticəsində bəlli olub ki, vergi xidmətində vətəndaşlar elektron növbə əsasında qəbul edilirlər. Yəni vətəndaş elektron növbə götürür, növbəsi çatdıqda qəbula girir. Əgər vətəndaş öz növbəsində qəbula vaxtında girmirsə, onun növbəsi itir və yenidən növbə götürməli olur.
Həmin gün Masallı Xidmət Mərkəzinə gələn vətəndaş - Masallının Şərəfə kənd sakini Kərim Kərimov növbəsini ötürdüyü üçün digərlərinin növbəsinə girmək istəyib. Nəticədə, vətəndaşla vergi işçisi arasında mübahisə yaranıb. Vətəndaşa ciddi cəhdlə qaydalara əməl edilməsi tövsiyə olunsa da, o sakitləşməyib, vergi işçisinə qarşı kobudluq edib, təhdid göstərib, mərkəzdə normal iş rejimini pozub. Bununla ürəyi soyumayan vətəndaş yaxınlıqda saxladığı maşınından balta götürərək xidmət mərkəzində vəzifə borcunu yerinə yetirən Ruslan adlı işçiyə hücum çəkib. Xidmət mərkəzinin ofisindəki digər vətəndaşların köməyi ilə vətəndaş zərərsizləşdirilib.
102 xidmətinə zəng edildikdən sonra polislər hadisə yerinə gələrək K.Kərimovu polis şöbəsinə aparıblar. Hazırda araşdırma aparılır.
Maraqlıdır, hər gün 100-120 vətəndaşın qəbul olunduğu məkanda niyə polis mühafizəsi yoxdur. Bundan əlavə, insanlara xidmət etmək üçün burada ən yaxşı halda 2, bəzən isə 1 işçi xidmət göstərir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur, tez-tez mübahisələr, vətəndaşlarla vergi işçiləri arasında qalmaqal baş verir.
Güman edirik ki, Vergilər Nazirliyi bu məsələyə həssaslıqla yanaşacaq, hər gün 100-120 nəfər vətəndaşın qəbul edildiyi xidmət mərkəzini tələbata uyğun işçi və mühafizə xidməti ilə təmin edəcək (Cenub.az).