Vardanyan oyunu bitdi: rusiyalı oliqarx istefaya göndərildi
23 Fevral 2023
Ruben Vardanyan Xankəndidəki separatçı qurumun “dövlət naziri” vəzifəsindən azad edilib.
Pressklub.az xəbər verir ki, bu barədə Ermənistan mediası separatçı rejimin “rəhbəri” Arayik Arutyunyana istinadən məlumat yayıb.
Arutyunyan müvafiq fərmanı bu gün “hökumətin” iclasında oxuyub. O, Vardanyana son aylarda göstərdiyi fəaliyyətə görə təşəkkürünü bildirib və onun Qarabağda qalacağına ümid etdiyini deyib.
Vardanyanın yeri separatçı qurumun “baş prokuroru” Qurgen Nersisyana təklif olunub.