Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vardanyan "kartı" oynanıldı və atıldı? - "Dövlət nazirni" ictimai diskursdan çıxarblar

2023-cü il fevralın 7-dən etibarən Moskvalı milyarder Ruben Vardanyan mətbuatda çıxış etmir, onun haqqında məlumat yocdur. Həmin gün erməni separatçılarının liderlərindən biri, "dövlət naziri" adlandırılan R.Vardanyan Rusiya sülhməramlılarının yük maşını ilə Xankəndindən Yerevana gedib, oradan isə vacib görüşlər keçirmək üçün Moskvaya getməli idi, bu barədə Yerevanın "Qrapark" saytı məlumat yayıb.

Vardanyan Moskvada ermənilərin Laçın yolunu açmaq çağırışlarına reaksiya verməyən rəsmi Rusiyanın mövqeyini aydınlaşdırmaq niyyətində idi.

Azərbaycan KİV-ləri Vardanyanın "qaçdığı" haqqında xəbər yayıb, amma indiyədək onun Qarabağdan çıxmasının təsdiqi olmadığına görə, bəzi ekspertlər bu məlumatın doğruluğuna şübhə edirlər. Digər şərhçilər razılaşırlar ki, Vardanyan və ya başqa biri Vardanyanın getməsi haqqında iddiaları təkzib etmirsə, deməli, o, həqiqətən də Moskvadadır.

Amma Moskvadan onun bu şəhərə gəldiyi haqqında məlumat yoxdur. Rusiya ermənilərinin "yerkramas.org" saytı Vardanyanın - separatçıların cərgəsində A.Arutyunyandan sonra ikinci şəxsin adını belə çəkmir. Ermənistan KİV-lərində də Vardanyanın adı yoxdur.

Onun haqqında sonuncu məlumat 5 gün əvvəl "Ruben Vardanyanın həmfikirləri" səhifəsində yer alıb.

Onun tərəfdarları "Arsax Respublikasının dövlət naziri Ruben Vardanyanın Ermənistan ali məktəblərində təhsil alan Arsaxlı tələbələrlə onlayn görüş keçirdiyini" bildiriblər. "Görüşdə təhsil, elm, mədəniyyət və idman naziri səlahiyyətlərini icra edən Asmik Minasyan da iştirak edib". Fotoşəkillərdən və Minasyanın iştirakından göründüyü qədər, Ruben Xankəndində olarkən tələbələrlə görüşüb, belə ki, görüşün tarixi açıqlanmır. Çox güman ki, onlayn görüş onun gedişindən əvvəl keçirilib.

Bu, Vardanyanın həqiqətən də qaçdığını göstərir. Araik Arutyunyanın Bakı ilə danışıqlar aparmaq istəyində əlinin-qolunun açılması üçün Vardanyanın "dövlət naziri" vəzifəsindən azad edildiyi versiyası təsdiqini tapır. Belə ki, prezident İ.Əliyev "Rusiyadan gələn şəxslə" dialoq qurmayacağını bildirib.

Məşhur Yerevanlı bloger Roman Baqdasaryanın bugünki postu düşünmək üçün yeni məlumat oldu. O, Xankəndində daşnakların qərargahında yanğın haqqında məlumat verib. Bloger qeyd edir ki, yanğın qəsdən söndürülməyib ki, oradakı bütün sənədlər yansın. İnformasiya birmərtəbəli daş evin qapısı üzərində his görünən fotoşəkillə müşaiyət olunur. Bir ay əvvəl Baqdasaryan bildirib ki, Bakı ilə dialoq qurmağa imkan verməyən "quldur Vardanyan Qarabağlıları qorxudur və o, getməlidir".

Yerevanlı siyasətçi Ruben Meqrabyan isə Vardanyanın susmasını Ermənistanın siyasətinin uğuru hesab edir, belə ki, "dövlət nazirinin" hər bir çıxışı qarabağlılar və Ermənistan üçün problemə çevrilirdi.

R.Vardanyanın V.Putinə və Rusiya elitasına Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etmək məqsədilə 5 oktyabr 2020-ci il tarixli müraciəti. (Turan)

https://www.youtube.com/watch?v=twb-r538tRc&t=5s