Vardanyan buynuzunu nəyə sürtür? - YENİ AÇIQLAMA
20 Fevral 2023
Xankəndidəki separatçı qurumun “dövlət naziri” Ruben Vardanyan növbəti sərsəm açıqlamaları ilə gündəmə gəlib. “Səlahiyyət müddətinin 100 günü” ilə bağlı hesabat verən Vardanyan təxribatçı mövqeyini bir daha təkrarlayıb.
Prressklub.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, Vardanyan “xalqımız təslim olmaq və Artsaxdan imtina etmək istəmir, istənilən çətinliyə dözməyə hazırdır, bu sınaqlardan keçmək üçün kifayət qədər iradə və əzmkarlıq var” – deyib.
O, daha sonra əlavə edib: “Biz bu xalqa rəhbərlik etməyə layiq olmalıyıq. Bu çətin tarixi mərhələdən çıxmaq üçün hər şeyimiz var: iman, iradə, ruh və birlik. Mən inanıram ki, ruh və iradə ən kiçik şansda belə uğur gətirə bilər. Və mən bunun üçün əlimdən gələni edəcəyəm. Bu, yalnız uzun bir səyahətin başlanğıcıdır”.
Azərbaycan dövlət başçısının bu çıxışından sonra Ruben Vardanyanın yenidən “Artsax” ifadəsini işlətməsi və müqavimət vəd etməsi prosesin gərgin fazaya keçdiyinin göstəricisidir. Bu faktın Vardanyanın Rusiyaya səfərindən sonra baş verməsi isə, zənnimizcə, suallara qismən də olsa cavab verir. Bu, bölgədə ikibaşlı oyun oynayan, əslində isə ermənilərin tarixi və ənənəvi himayəçisi olan Rusiyanın “sülhməramlı missiya” həyata keçirdiyi ərazidə münaqişə ocağını yenidən körüklədiyini göstərir.
Rəsmi Bakının bu açıqlamalara hansı reaksiyanı verəcəyi maraqlıdır.
Press Klub

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ermənistanla münasibətlər barədə danışarkən demişdi ki, Azərbaycan Qarabağın erməni sakinləri ilə kommunikasiyaya hazırdır, lakin bunun üçün “Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etməlidir”.