"Vaqner" komandiri cinayətlərini etiraf etdi: "Bizə əmr verilmişdi - Hamını məhv edin"
18 Aprel 2023
“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) Ukraynada törətdiyi vəhşiliklərə dair materiallar dərc olunub.
Ukrayna KİV-i xəbər verir ki, bu gün “Gulagu.net” layihəsinin təsisçisi ÖHŞ-nin vəhşilikləri ilə bağlı sensasion materiallar və sübutlar yayıb.
“Vaqner”in iki keçmiş üzvü, Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə əfv edilmiş keçmiş məhbuslar Soledar və Baxmutda 20-dən çox ukraynalı uşaq və yeniyetmənin edam edilməsindən, o cümlədən 5 yaşlı qızın qətlindən ətraflı danışıblar.
“Bizə hamını məhv etmək əmri verilirdi. Yolumuza çıxanların hamısını öldürürdük. Onlar arasında qadınlar, kişilər, ahıllar, təqaüdçülər və uşaqlar var idi. 5-6 yaşlı qız uşağı var, bağırırdı, amma mən ona “nəzarət” atəşi açmalı oldum. Heç kimi sağ buraxmalı deyildim”, - keçmiş “Vaqner”çi Əzəmət Uldarov deyib.
Həmçinin 50-dən çox yaralı ukraynalı məhbusun və “500-lər”in (döyüşmək və ukraynalıları öldürmək əmrini yerinə yetirməkdən imtina edənlər) olduğu çuxurun partladılması, uşaqlar da daxil olmaqla hamının qətlə yetirildiyi yaşayış binalarının “təmizlənməsi” barədə də danışılıb.
“Vaqner” bölmələrinin hər iki keçmiş komandiri Yevgeni Priqojinin şəxsən bu addımlar barədə göstəriş verdiyini, həmçinin terror üsullarını və qəddarlığı dəstəklədiyini bildirib.