Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uşaq poliklinikasında borc qalmaqalı: Vətəndaşa arayış verilmədi - VİDEO

Paytaxt sakini Leyla Abbasova məktəb üçün tələb olunan arayışı almaq istəyərkən gözlənilməz problemlə üzləşib.

L.Abbasova 16 saylı uşaq poliklinikasına müraciət edib, lakin ona arayış verilməyib. Bunun səbəbi olaraq, poliklinikada ona 545 manat borcunun olduğu bildirilib. Abbasovanın sözlərinə görə, borc artıq 1 ildən çoxdur sistemdə qeyd edilsə də, ona bu barədə heç bir məlumat verilməyib.

Şikayətçi heç bir özəl klinikada müalicə almadığı halda, dövlət xəstəxanasında adına yazılmış bu borcun necə yarandığını anlamadığını qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: