Ukraynaya kim və hansı silahları verəcək?
20 Aprel 2022
Rusiyanın Donbasda müharibənin ikinci mərhələsinə başlaması Ukraynaya silah tədarükünün artırılması zərurətini ortaya çıxarıb. Rusiyanın Ukraynada dayandırılmasının vacibliyini vurğulayan Qərb dövlətləri ölkəyə daha ciddi silahlar yönəldiləcəyini bildirilər.
Kanada hökuməti Ukraynaya ağır artilleriya göndərmək niyyətindədir. Bunu Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təfərrüatlar yaxın günlərdə açıqlanacaq.
Martın əvvəlində Trüdo Kanadanın Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcəyini açıqlamışdı. Yardım paketinə, o cümlədən, 4,5 min M-72 tank əleyhinə qumbaraatan və 7,5 minə yaxın əl qumbarası daxildir.
Niderland Ukraynaya zirehli texnika və digər ağır silahlar göndərəcək. Niderlandın Baş naziri Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenskiyə zirehli texnika tədarük etmək qərarını açıqlayıb.
Böyük Britaniya Ukraynaya “Mastiff” qoruyucu zirehli maşınların göndərildiyini elan edib. Eyni zamanda Avstraliyanın Baş naziri Skott Morrison zirehli transportyorların Ukraynaya göndərildiyini açıqlayıb.
Rumıniya milli müdafiə sisteminin bəzi qurumlarının ehtiyatlarından Ukraynaya silah ötürəcək. Bu qərar Rumıniya qanunvericiliyinə dəyişiklik etməklə mümkün olacaq.
Milli Müdafiə Nazirliyi fövqəladə fərman layihəsi hazırlayıb. Layihənin mətnində bunun Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kontekstində zəruri olduğu bildirilir.
Bu sənədin təsdiqindən sonra Rumıniya hərbi ehtiyatlardan müttəfiq və ya tərəfdaş dövlətlərə məhsul tədarük edə biləcək.
Finlandiya da Ukraynaya dəstək olaraq əlavə müdafiə ləvazimatı göndərəcək. Müvafiq qərar hökumətin təklifi əsasında ölkə Prezidenti tərəfindən verilib.
Sözügedən yardımın nədən ibarət olması, çatdırılma qaydası və vaxtı açıqlanmır.
Son vaxtlar Ukraynanın tərəfdaşları ona lazımi silahları daha fəal şəkildə ötürürlər. Xüsusilə, Slovakiya S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib.
Bundan əlavə, ABŞ Ukraynaya 18 155 mm-lik yedəkli haubitsa və 40 min artilleriya mərmisi, eləcə də digər zəruri avadanlıq göndərib.