Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın ilk prezidenti Leonid Kravçuk vəfat edib - SSRİ-ni "ləğv" edənlərdən olub

Ukraynanın ilk prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Ukrayna İnformasiya Agentliyinə siyasətçinin ailəsindən bildirilib.

Qeyd edək ki, bu ilin yanvarın 10-da Kravçukun 88 yaşı tamam olub. Onun səhhətində problem 2021-ci ilin iyununda yaranıb. Sabiq dövlət başçısı Kiyevdəki xəstəxanalardan birində ürəyindən əməliyyat olunub.

Xatırladaq ki, Leonid Kravçuk SSRİ-nin mövcudiyyətinin ləğvini nəzərdə tutan Belovejsk razılaşmasını imzalayan üç liderdən (Rusiya Prezidenti Boris Yeltsin, Ukrayna Prezidenti Leonid Kravçuk və Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç).

Borus Yeltsin 23 aprel 2007-ci ildə, Şuşkeviç 3 may 2022-ci ildə, Kravçuk isə 10 may 2022-ci ildə vəfat ediblər.