İspaniyada sel və daşqın nəticəsində ölənlərin sayı 140-a çatıb
01 Noyabr 2024
İspaniyada daşqınlar və fırtına nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.
Bu barədə EFE informasiya agentliyi məlumat yayıb.
Mütəxəssislərin qənaətinə görə, hazırkı təbii fəlakət ölkə tarixində qeydə alınan ən dağıdıcı təbii fəlakətlərdən biri kimi tarixə düşüb.
Belə ki, bir gün ərzində ölkə ərazisinə düşən yağıntıların miqdarı illik normanı ötüb.