Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada əks-hücum başlayıb: Hər iki tərəf təsdiq edir

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində əks-hücum əməliyyatlarına başlayıb.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

Onun sözlərinə görə, qarşı tərəf şərqdə bir neçə istiqamətdə irəliləməyə çalışır: “Biz isə təkcə müdafiə olunmuruq. Həm də əks-hücuma keçir və aktiv əməliyyatlar icra edirik”.

A.Malyar bildirib ki, Rusiya ordusunun güclü olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin irəliləməsinin qarşısını alır: “Bəzi yerlərdə onlar geri çəkilirlər”.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Soledar istiqamətində bütün cəbhə boyu əks-hücum əməliyyatına başladığını bildirib.

Vurğulanıb ki, əks-hücum əməliyyatlarında 1000-dən çox hərbçi, 40-a qədər tank iştirak edib.