Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada daha bir azərbaycanlı öldürüldü: Bu dəfə Rusiya tərəfdən - FOTO

Ukraynada hazırda davam edən müharibədə daha bir soydaşımız həlak olub.

Pressklub.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, 44 yaşlı Ağayev Vüqar Nizami oğlu Rusiya ordusunun tərkibində Luqanskda gedən döyüşlər zamanı həyatını itirib.

Vüqar Ağayevin müharibəyə könüllü olaraq qoşulduğu bildirilir.

Mlumata görə, o, 1979-cu il yanvarın 1-i Voronej vilayətinin Nijniy İkorets kəndində anadan olub.

V. Ağayev Rusiyada “İgidliyə görə”, “Luqansk Xalq Respublikası”nın medalı, eləcə də qeyri-dövlət “Qara Xaç” mükafatı ilə təltif edilib.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ağayevi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edib.