Şolz Ukraynaya “Taurus” raketləri verməyəcək
19 Noyabr 2024
Almaniya kansleri Olaf Şolz G20 sammiti çərçivəsində “Taurus” qanadlı raketlərini Ukraynaya tədarük etməyəcəyini təsdiqləyib.
Bu barədə “TASS” məlumat yayıb.
"Bizim öz prinsiplərimiz var və biz onlara riayət etməyə davam edəcəyik", - alman siyasətçi vurğulayıb.