Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb

“Zirehli döyüş texnikası Koalisiyası” Ukrayna Silahlı Qüvvələrinin (SQ) potensialının gücləndirilməsi məqsədilə Polşada fəaliyyətə başlayıb.

Ukrayna KİV-i xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Qetmantsev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Varşavada daha bir koalisiyanın iştirakçılarının təsis yığıncağı baş tutub: “Onun təşəbbüskarları Almaniya və Polşadır. Hazırda Böyük Britaniya, İtaliya və İsveç onun işində iştirak edir”.

O bildirib ki, koalisiyanın məqsədi Ukraynanı silah və sursatla təmin etmək, avadanlıqlara texniki qulluq və təmir, o cümlədən texniki və hərbi kadrların hazırlanması olacaq.