Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu əks-hücum zamanı Donetskdə ilk yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində ilk yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

O bildirib ki, Volnovaxa rayonunda yerləşən Rivnopol kəndi artıq Ukrayna ordusunun nəzarəti altındadır.

Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində əks-hücum əməliyyatına başladığını elan edib.

Xatırladaq ki, Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.