Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Baxmutda strateji üstünlüyü ələ keçirib, iki vacib yüksəklik tutulub

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunda iki strateji yüksəkliyə nəzarəti ələ keçirib.

Bu barədə “Ukraina seyças” məlumat yayıb.

Vurğulanıb ki, Baxmutun strateji Kleşiyevka və Berxovka kəndlərinə faktiki olaraq Ukrayna müdafiəçiləri nəzarət edir.

Məlumata görə, bu kəndlərin ərazisindəki yüksəkliklərdən şəhər əl içi kimi görünür.

Döyüş bölgəsindən bildirilib ki, həmin əraziyə tam nəzarəti ukraynalılar edərsə, onda Baxmut mühasirəyə düşəcək. Məlumata əsasən, işğalçıların şəhərin şimal küçələrindəki mövqelərini Ukrayna ordusu darmadağın edir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyov isə bilirib ki, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində strateji üstünlüyü ələ keçirib.

Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri geniş cəbhə boyu hücum edir: "Ukrayna hərbçiləri Baxmut, Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatı keçirir. Donetsk və Zaporojye vilayətləri ilə sərhəddə yerləşən Rovnopol-Volodino istiqamətində ukraynalı hərbçilər qismən uğur əldə edib və hazırda orada möhkəmlənirlər".

Bundan başqa. Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin Liman, Avdeyevsk və Marinsk isitqamətində hücumunun qarşısını alır. Baxmit yaxınlığındakı Kurdyumovsk bəndində Ukraynanın dövlət bayrağı qaldırılıb.