Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ukrayna küçələri rus tankları üçün "ikinci Qroznı" olacaq" - Ekspertlər

"Ukraynalı hərbi ekspertlər Kiyevin Böyük Britaniyadan 1000 "NLAW" tank əleyhinə sistem almasını dəyərləndiriblər. Onların fikrincə, bu silah şəhər ərazilərində rus tanklarına qarşı döyüş əməliyyatları üçün idealdır". Bu barədə Rusiya hərbi saytları yazıb.

Ukraynalı hərbi ekspert və jurnalist Yuri Butusov "NLAW" ilə bağlı təəssüratını şərh edərək deyib ki, bu silah hər hansı bir rus tankını məhv edə bilən şəhər döyüşü üçün ideal silah sayılır. Ümumiyyətlə, ukraynalı ekspertlər hesab edirlər ki, raketin tanka yuxarıdan hücum edə bilməsi bu kompleksin əsas üstünlüyü sayılır. Bundan əlavə, kompleksin istifadəsinin asanlığı, eləcə də az çəkili olması, atəş məsafəsinin 800 metrə qədər artırılması, dəqiqliyi və 500 mm-ə qədər zirehləri dəlib keçə bilməsi qabiliyyəti də vurğulanır.

Ukraynalı həmkarlarının şərhləri ilə həmfikir olan xarici analitiklər də belə qənaətə gəliblər ki, "NLAW"dan istifadə Rusiya ilə müharibədə 1994-cü ilin noyabrında Qroznıya hücum tarixini təkrarlaya bilər. “Qroznıya hücum zamanı tanklar və zirehli texnikalar düşmənin tank əleyhinə silahları üçün əla hədəf olub”,- mütəxəssislər tarixi xatırladıblar. Nümunə olaraq məlumat verilir ki, Qroznı uğrunda küçə döyüşlərində iştirak edən 35 "T-72" tankından yalnız 4-ü bu “yanar cəhənnəm”dən xilas ola bilmişdi,-məqalədə yazılıb.



Xatırladaq ki, son illərdə mətbuatda Ukrayna Silahlı Qüvvələrinin Rusiya texnikalarını məhz şəhər döyüşləri şəraitində məhv etməyə hazır olması barədə məlumatlar getdikcə daha çox eşidilir. Bəzi Qərb ekspertləri hesab edir ki, uzun sürən küçə döyüşləri Ukrayna ordusuna Rusiya hücum qüvvələrini dayandırmaq üçün yeganə yoldur.

Qeyd edək ki, Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə heç kimə hücum etmək fikrində deyil və qonşularını təhdid etmir. Rəsmilər Rusiyanın Ukraynaya qarşı işğala hazırlaşması ilə bağlı bütün informasiyaları isə şayiələr adlandıraraq bunu Qərb tərəfindən çaxnaşma və nifrəti qızışdırmaq məqsədi daşıyan anti-Rusiya kampaniyası adlandırırlar.