Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ukrayna ilə hərbi ittifaq yarada bilərik" - Duda

“Müharibədən sonra Polşa ilə Ukrayna arasında hərbi ittifaq yarana bilər”.

Pressklub.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

O bildirib ki, buna ümid edir: “Biz həmçinin gözləyirik ki, Rusiya üzərində qələbədən sonra Ukrayna NATO-nun üzvü olacaq”.

Qeyd edək ki, fevralın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Aİ sammiti çərçivəsində polşalı həmkarı ilə görüşmüşdü.