Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna əsgərləri Baxmutu azad edir, Rusiya qoşunları yorulub, müqavimət göstərə bilmir

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərində yeni əraziləri işğaldan azad edib.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Aidar” batalyonu məlumat yayıb.

Bildirilib ki, İvanovskoye kəndi yaxınlığındakı ərazilər işğaldan azad olunub.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib ki, Rusiya qoşunları Baxmutda taqətdən düşüb, mübarizə apara bilmirlər.

O bildirib ki, təkcə son sutkada Baxmutda 40 toqquşma olub: “Nəticədə Rusiyanın 190 hərbçisi məhv edilib, 244-ü yaralanıb, 15 nəfər əsir götürülüb. Düşmənin 3 tankı, 1 piyadaların döyüş maşını, 3 haubitsiyası, 5 sursat anbarı məhv edilib. Bu onu göstərir ki, müdafiə əməliyyatımız uğurla gedir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücum əməliyyatlarına başlayıb. Rusiya Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.