Logo
news content
User
Kateqoriyalar

Xəbər

Üç əcnəbi turist metro qatarlarını boyadığına görə saxlanılıb
Üç əcnəbi turist metro qatarlarını boyadığına görə saxlanılıb

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, turist kimi Azərbaycanda olan Avstraliya, Yeni Zelandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.

Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.