Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyəyə gedirlər: Stoltenberq bu gün, Blinken 3 gün sonra

NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Entoni Blinken dəstək nümayiş etdirmək üçün Türkiyəyə səfər edəcəklər.

Pressklub.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək və NATO-nun həmrəylik mesajını çatdırmaq üçün bu gün Türkiyəyə gedəcəyini açıqlayıb.

Stoltenberq bu haqda NATO Müdafiə Nazirləri Toplantısının sonunda təşkil etdiyi mətbuat konfransında danışıb.

O, NATO-nun Türkiyəyə dəstəyi və edəcəyi səfərlə bağlı məlumat verib.

“NATO müttəfiqləri, tərəfdaşları və NATO dəstəyini artırdı”, - deyə Stoltenberq əlavə edib.

ABŞ dövlət katibi Entoni Blinken isə fevralın 19-da Türkiyəyə səfər edəcək.









Blinkenin səfərinin Münhen Təhlükəsizlik Konfransından sonra baş tutacağı bildirilir.