Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyənin 6 əsgəri şəhid olub

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında keçirdiyi “Pence-Kilit” əməliyyatı bölgəsində 6 əsgərin şəhid olduğunu açıqlayıb.

Pressklub.az xəbər verir ki, hücum zamanı 2-si ağır olmaqla daha 7 hərbçi yaralanıb.

“12 yanvar 2024-cü il tarixində "Pence-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 6 qəhrəman əsgərimiz şəhid olub, 2-si ağır olmaqla 7 qəhrəmanımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.

İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - nazirlikdən bildirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.