Türkiyəni titrədən zəlzələ: Ərdoğan mayda seçilə biləcəkmi?
10 Fevral 2023
7.8 bal gücündə zəlzələdən iki gün sonra Türkiyə və Suriyada ölənlərin sayı 20 mini keçib.
Türkiyədə fevralın 9-da açıqlanmış məlumata görə, zəlzələ 17 mindən çox insanın həyatına son qoyub, 63 minə yaxın yaralı var. Məlumatı fəlakətlərin idarə olunması üzrə agentlik – AFAD açıqlayıb.
Suriyada ölənlərin sayı 3500-ə çatır.
Fevralın 8-də fəlakət zonasına gedən Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin gördüyü işlərdən danışıb, vətəndaşları “təmkinli olmağa” çağırıb. Müxalifətsə Ərdoğanın vəziyyət üçün “tam məsuliyyət” daşıdığını deyir.
Suriyada 12 ildir gedən vətəndaş müharibəsi ölkəyə yardım çatdırılmasını çətinləşdirir. Bu ölkədə azı 3 min 42 nəfərin öldüyü açıqlanıb.
“Frans Pres” agentliyi zəlzələnin may seçkilərinin Ərdoğan üçün çətin sınağa çevirəcəyini yazır.
Mayın 14-də ölkədə prezident və parlament seçkiləri keçirilməlidir. Agentlik yazır ki, 2003-cü ildə hakimiyyətə gəlmiş Ərdoğanın iqtisadiyyata qeyri-ənənəvi yanaşması nəticəsində inflyasiya şişib, istehlakçı indeksləri illik müqayisədə 85 faiz artıb. Bundan başqa qohumbazlıq, korrupsiya, ətraf mühit fəlakətlərinə hökumətin münasibəti Ərdoğanın tənqid olunduğu məsələlərdir.
Ərdoğansa bunları anlayaraq mübarizəyə başlayıb, zəlzələdən bir neçə saat sonra Ankarada mətbuat konfransı keçirib. O, Kahramanmaraşda ağlayan qadını qucaqlayır və sairə.
“Ərdoğan şübhəsiz ki, 1999-cu ildəki böyük zəlzələni, partiyasını 2002-ci ildə qələbəyə katapult etmiş fəlakəti xatırlayır, çünki o, daha yaxşı idarəçilik vəd edirdi.
O vaxtkı baş nazir Bülent Ecevit isə 1999-cu il fəlakətinin idarə olunmasına görə sərt tənqidlə üzləşmişdi”, – agentlik yazır.
AFP-yə danışan ekspertlər deyiblər ki, Ərdoğan böhranı yaxşı idarə edərsə, mövqeyini möhkəmləndirə bilər. Ancaq iflası onu Ecevitin taleyi ilə üz-üzə qoyar.
“Fövqəladə vəziyyətə effektiv reaksiya AKP liderinin və partiyasının mövqeyini möhkəmləndirə, Ərdoğanın rəhbərliyi altında milli həmrəylik hissi yarada bilər”, – Londonda yerləşən Teneo siyasi risk konsultasiyası şirkətindən Volfanqo Pikkoli (Wolfango Piccoli) deyir.
“Ancaq zəlzələnin miqyasının böyüklüyü, 10 cənub vilayətinin ziyan görməsi hökumətə böyük problem yaradacaq”, – o, qeyd edir.
“Zəlzələdən sonrakı reaksiya uğurlu olmasa, Ərdoğan may seçkisini uduza bilər”, – Britaniyada yerləşən Xarici Siyasət Mərkəzinin tədqiqatçı əməkdaşı Emre Çalışkan söyləyib.
Bu arada Türkiyənin cənubunda hakimiyyətdən məyusluq artır. Ümidsiz ailələr hökuməti onların yaxınlarını dağıntılar altından çıxara bilmədiyinə görə tənqid atəşinə tuturlar.
Bəziləri ərzaq və sığınacağın gəlib çıxmasının 24 saatdan çox çəkdiyini deyirlər.
Zəlzələ vaxtı Türkiyədə olmuş, faciədə yaxınlarını itirmiş təhlilçi Gonul Tol deyir ki, ən çox ziyan görmüş əyalətlərdən olan Hatayda hissediləcək qəzəb var.
“Bu məyusluğun Ərdoğana təsir göstərməyəcəyini təsəvvür etmirəm. Qəzəbi yerində gördüm. Əminəm ki, ona təsir göstərəcək”, – ABŞ-da yerləşən Yaxın Şərq Institutunda Türkiyə proqramının direktoru Tol vurğulayır.
Tol 1999-cu ildə vətəndaş cəmiyyəti təşkilatlarının qurbanlara kömək üçün fasiləsiz işlədiyini yada salır.
Bu dəfə isə vətəndaş cəmiyyəti yaxşı durumda deyil, Ərdoğan 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra onların çoxunu sıradan çıxarıb.
Bu arada ənənəvi mediada Ərdoğanın tənqidinə demək olar rast gəlinmir. Xəbər kanalları dağılan evlərin pis konstruksiyasından çox az danışırlar. Uçan evlərin bəziləri altı ay, bir il əvvəl tikilibmiş.
1999-cu il fəlakətindən sonra hökumət yeni binaların zəlzələyə davamlılığı üçün tikinti qaydaları tətbiq etmişdi. Elə müxalifət də zəlzələdə ölü sayının böyük olmasını tikintilərin keyfiyyətsizliyi ilə izah edir.
17 min insanın öldüyü 1999-cu il zəlzələsindən sonra qəzetlər dərhal hökumətin reaksiyasını tənqid edirdilər. Bu dəfə durum fərqlidir.
“Əsasən dəstəkçi yerli media o deməkdir ki, Ərdoğan narrativi idarə edərək durumdan faydalana bilər”, – “Economist Intelligence Unit”in Avropa üzrə aparıcı konsultantı Adelin Van Hut (Adeline Van Houtte) agentliyə bildirib.

Çətin sınaq

Mövqeyin möhkəmləndirilməsi, yoxsa...

Qəzəb

Dəstəkçi media