Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb
18 Fevral 2023
Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb.
Pressklub.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.
Onun sözlərinə görə, 80 ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib: “Onlardan bəziləri işini yekunlaşdırıb".
Y.Sezer bildirib ki, vətəndaşlara müvafiq qaydada maddi dəstək göstərilir: “Hər ailəyə 10 min lirə veririk. Məqsədimiz zəlzələdən zərərçəkmişlərə qismən də olsa dəstək olmaqdır”.
O həmçinin axtarış-xilasetmə tədbirlərinin davam etdiyini xatırladıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.