Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə zəlzələ qurbanlarının sayı 49 mini keçib

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 49 mini ötüb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə məlumat verib.

"İnşallah dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldıracağıq. Türk dünyası Türkiyənin çağırışına səs verən ölkələr arasında birincilərdən olub. Əziz xalqımız bu dəstəyinizi unutmayacaq", - dövlət başçısı bildirib.