Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə zəlzələ nəticəsində iki dağ qovuşub, yeni göl yaranıb - FOTOLAR

Türkiyədə fevralın 6-da baş vermiş zəlzələnin təsiri ilə Qaziantepin İslahiye qəsəbəsində şiddətli təkanlar nəticəsində iki dağ bir-birinə qovuşub.

Pressklub.az Türkiyə xəbər agentliklərinə istinadla bildirir ki, qəsəbənin Değirmencik və İdilli məhəllələri arasındakı yolun keçdiyi ərazidə geoloji hərəkətlənmə səbəbindən bir tərəfdəki dağ parçalanaraq, yolu bağlayıb və 50 metr yüksəklikdə təpə yaradaraq, digər dağla birləşib.

Nəticədə İdilli dərəsi parçalanan dağdan qopmuş qaya parçaları və torpaq ketləsi ilə dolub. Qarın əriməsi nəticəsində dərə yatağı su ilə dolub və təbii göl əmələ gəlib.

Qəsəbənin bələdiyyə sədri Kemal Vural bu zəlzələni “kiçik qiyamət” adlandırıb: “Qəsəbəmizdə 199 bina tamamilə dağılıb. Ərazidə 2,5 milyon kubmetr dağ sürüşməsi baş verib. Bu, görünməmiş bir şeydir. “Dağ dağa qovuşmaz deyirlər, amma qovuşdu, bunu da gördük".