Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası başlayıb
18 Mart 2023
Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası şənbə günü başlayıb, "sükut günü" elan edilən mayın 13-dək davam edəcək. Səsvermənin özü mayın 14-də, lazım gələrsə, prezident seçkilərinin ikinci turu isə mayın 28-də keçirilə bilər.
Pressklub.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
“Seçki Təqvimi” bu həftə Türkiyə Ali Seçki Şurası tərəfindən təsdiq edilib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi martın 19-da başlanacaq və martın 23-də yerli vaxtla saat 17:00-da başa çatacaq, namizədlərin siyahısı martın 31-də “Rəsmi Qəzet”də dərc olunacaq. Bundan sonra namizədlərin siyahısı açıqlanacaq. Ardınca, təşviqat kampaniyası başlaya bilər.
Seçkilərdə iştirak edəcək siyasi partiyalar və ya birliklər martın 24-də günün sonuna qədər öz namizədlərinin siyahılarını MSK-ya təqdim etməlidirlər.