Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə günün mövzusu: Ərdoğan - Tarkan qarşıdurması - VİDEO

Tarkanın yeni mahnısı Türkiyədə böyük müzakirələrə yol açıb.

Ötən axşam yayımlanan “Geççek” adlı mahnının siyasi mesajları əhatə etdiyi və prezident Rəcəb Tayyib Ərdoğana qarşı olduğu iddia edilir. Buna görə də müxalifət partiyası Tarkanın mahnısının sözləri ilə Ərdoğanı hədəfə alan mesajlar yayımlayıb. Mahnının sözlərində Ərdoğanın uzun müddət hakimiyyətdə olmasından narahatlıq ifadə edilib.

Mahnıda "Biz nələri keçmədik ki, keçəcək, bu da keçəcək", "Hər şeyin sonu var, bu çilə də bitəcək", "Çox uzatdın, vallah bezdik, düş atam, artıq düş yaxamızdan" kimi ifadələr yer alıb.