Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə daha bir güclü zəlzələ: Dağıntılar var, sunami təhlükəsi elan edilib

Türkiyədə yenidən güclü zəlzələ baş verib.

Pressklub.az xəbər verir ki, 6,4 bal gücündə zəlzələ Hatay vilayətinin Defne rayonunda qeydə alınıb.

Kandili rəsədxanasının məlumatına görə, yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Zəlzələ nəticəsində dağıntıların olduğu deyilir. Təkanlardan sonra sunami xəbərdarlığı edilib.

Yeraltı təkanlar 400 kilometrdən çox məsafədə Livan, Suriya, Kipr, Suriya və İsraildə təxminən 30 milyon insan tərəfindən hiss edilib.