Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayı artıb

Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı artıb.

Pressklub.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

O bildirib ki, həlak olanların sayı 50 783 nəfərə çatıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.