Türkiyə yardım üçün ayağa qalxdı: 115 milyarddan çox vəsait toplandı - FOTO
16 Fevral 2023
Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkənlərə yardım məqsədilə kampaniya keçirilib. Canlı yayımda baş tuttan “Türkiyə, tək ürək” kampaniyasında rekord məbləğdə ianə toplanıb.
Pressklub.az xəbər verir ki, ianə olaraq toplanan məbləğ 115 milyard lirəni (təxminən 10 milyard manatı) keçib.
Kampaniyaya dünyanın hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.
Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) keçirib.
Qeyd edək ki, bu gün saat 20:00-da “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib.
Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir.
Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.