Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə və Azərbaycan birgə film çəkməyə hazırlaşır

Azərbaycan Türkiyənin kinematoqrafiya sahəsində olan təcrübəsindən yararlanmaq istəyir.
Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Dailiy Sabah” dərgisinə müsahibəsində deyib.

O, qeyd edib ki, iki ölkə ortaq filmlər çəkməyi planlaşdırır.

Eyni zamanda Azərbaycan 2023-cü ildə türk dünyasından seçilmiş filmlərin təqdim olunacağı festivala ev sahibliyi etmək niyyətindədir.