Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə kinosunun əfsanəsi vəfat edib

Türkiyə kinosunun əfsanəsi, aktrisa Fatma Girik 79 yaşında vəfat edib.

İstanbulun Şişli Bələdiyyəsinin sədri Muammer Keskin Twiter hesabında yazıb ki, o, İstanbulda xəstəxanada dünyasını dəyişib.

“Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılan 79 yaşlı aktrisa bir müddət əvvəl döş xəstəlikləri infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi.

F.Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub. İlk dəfə 1957-ci ildə “Leke” filmində baş rolu canlandıran aktrisa, 1960-cı çəkildiyi "Ölüm Peşimizdə" filmi ilə daha da məşhurlaşıb. O, ümumilikdə 180-dən çox filmdə rol alıb.

Həyatının sonrakı illərində siyasətə də qədəm qoyan aktrisa 1989-1994-cü illərdə bələdiyyə başçısı kimi də çalışıb.