Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski də Pasxa atəşkəsi elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa bayramı ərəfəsində cəbhədə atəşkəs elan edib.

Ukrayna Prezidenti bunu aprelin 9-da axşam müraciətində bildirib.

"Ukrayna dəfələrlə humanitar addımlara hazır olduğunu bildirib. Bu il Pasxa bayramı münasibətilə atəşkəs təklif etdik və buna uyğun hərəkət edəcəyik. İnsanlara təhdidsiz Pasxa və sülhə doğru real hərəkət lazımdır", - V.Zelenski əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin də Pasxa atəşkəsi elan edib.