Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tayvan və Yaponiyada 7,5 ballıq zəlzələ - Ölənlər var

Tayvanın şərq sahillərində baş verən 7,5 maqnitudada zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasının adaları üçün 3 metrlik sunami təhlükəsi yaranıb.

Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

İdarə qeyd edib ki, 7,5 maqnitudada zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. 

Yaponiyada 3 metrlik sunami təhlükəsi elan edilib.

Baş verən zəlzələ nəticəsində 7 nəfər ölüb. Son məlumatlara görə, xəsarət alanların sayı 711 nəfərdir, daha 77 nəfər qəzalı binalarda qalıb.