Logo
news content
User
Kateqoriyalar

Xəbər

Talibandan kişilərə qadağa: Bunu etmək olmaz...

Əfqanıstanda “Taliban” administrasiyası qadağalarına yenisini əlavə edib.

İndiyə qədər qadınlara məhdudiyyətlər qoyan təşkilat indi də kişilərə üzlərini taraş etməyi qadağan edib.

Bərbərlər bu qərara etirazlarını bildiriblər. Həmçinin saqqal uzatmaq istəməyənlər də bu qərarın əleyhinə çıxış ediblər.

Bu barədə Herat Elm və Fəzilət Departamentinin rəhbəri Əbdül Rəhman açıqlama verib.

“20 illik cəhalətdən sonra gənc nəslin təbii olaraq əmrlərimizə görə qanı qaralacaq. Amma başa düşməliyik ki, zahiri görünüşümüz şəriətə uyğun olmalıdır. Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləməyimiz üçün görünüşümüz yaxşı bir müsəlman kimi olmalıdır”, - deyə o qeyd edib.