Tacikistan-Çin sərhəddində 7 ballıq güclü zəlzələ
23 Fevral 2023
Fevralın 23-də Tacikistanla Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonu ilə sərhəddə 7,3 bal gücündə zəlzələ baş verib.
Pressklub.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çin seysmoloji mərkəzi məlumat yayıb.
Zəlzələ 8.37-də (Bakı vaxtı ilə 4.37) qeydə alınıb. Dağıntı və tələfatla bağlı hələlik məlumat daxil olmayıb.
Qeyd edək ki, zəlzələ ocağı 77 km dərinlikdə yerləşir. Təkanlar baş verən ərazidə 11 minə yaxın insan yaşayır.
Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər qeydə alınıb. Onlar 1939-cu ildən bəri ən güclü oldular və Ümumdünya Səhiyyə Təşkilatı bu zəlzələni Avropa regionunda əsrin ən güclü təbii fəlakəti kimi tanıdı. Türkiyədə kataklizm nəticəsində ölənlərin sayı 43 556 nəfərə çatıb.