Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şuşada VI “Xarıbülbül” Beynəlxalq Festivalı may ayında keçiriləcək

Şuşa şəhərində VI “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi bu ilin may
ayına planlaşdırılır.

Mədəniyyət Nazirliyindən Pressklub.az-a verilən məlumata görə, qərar Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Festivalın təşkili ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan
Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsinə tapşırılıb.