Stoltenberq: "Qiyam cəhdi Rusiyada çatların və bölünmələrin olduğunu göstərir"
29 İyun 2023
Ötən həftə Yevgeni Priqojinin hərbi qiyam cəhdi Rusiya sistemində çatların və bölünmələrin olduğunu göstərir.
Bunu NATO Baş katibi Yens Stoltenberq Avropa İttifaqı Şurasının toplantısından əvvəl jurnalistlərə deyib.
"Eyni zamanda vurğulamaq vacibdir ki, baş verənlər Rusiyanın daxili məsələsidir. İndidən bu qiyam cəhdinin nəticələri barədə danışmaq tezdir. NATO üçün məna kəsb edən odur ki, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Mən Vilnüs sammitində Ukraynaya yeni hərbi yardımın elan ediləcəyini gözləyirəm. Biz bu dəstəyi davam etdirməliyik ki, Ukrayna suveren, müstəqil və demokratik ölkə kimi qalib gəlsin", - Stoltenberq vurğulayıb.