Soyuqdəyməyə qarşı dərmanlar yenə BAHALAŞDI
17 Mart 2023
Apteklərdə növbəti dəfə bir sıra dərmanların qiyməti artıb. Bahalaşma daha çox mövsümlə əlaqədar soyuqdəymə və qrip əleyhinə dərmanlarda müşahidə edilir. Respirator virus və adi soyuqdəymələrdə hər kəsin istifadə etdiyi “Teraflyu” və qripə qarşı toz vasitələrin qiymətində artım müşahidə olunur. Halbuki bu dərman vasitələri əvvəllər qəpik-quruşa satılırdı.
Bahalaşma ilə yanaşı, dərmanların qiymətində vahidlik prinsipi də pozulub. Əslində, bu qayda uzun illərdir ki, müşahidə edilir. Aptek satıcıları bu pərakəndəliyə hər hansı səbəb gətirə bilmirlər.
Maraqlıdır, qiymətlərin səbəbsiz yerə artmasına səbəb nədir? Apteklərdə dərmanların qiyməti ilə bağlı vahidlik prinsipinin pozulması istehlakçı hüquqlarının pozulması deyilmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, nə qədər dövlət qiymətlərə müdaxilə edəcək, bazarda o qədər süni və dəyişkən qiymət artımları baş verəcək:
“Azad İstehlakçılar Birliyi birmənalı şəkildə tərəfdardır ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsınlar. 40-dan çox ölkə ilə müqayisədə ən çox aptek şəbəkəsi məhz Azərbaycandadır. Təkcə Atatürk prospektində yerləşən doqquzmərtəbəli binanın altında yeddi aptek çalışır. Əhalinin sürətlə kimyalaşması gedir. Çox təəssüf ki, bunu heç kəs tədqiq etmir. Nə üçün camaat apteklərdə növbədədir? Aptek və tibb biznesi Azərbaycanda sürətlə inkişaf edir. Bunları araşdıran yoxdur. Tələb artır, təklifdə isə qiymət artımları və keyfiyyət enmələri baş verir”.
Eyyub Hüseynov Tarif Şurası tərəfindən 3 000 dərmanın qiymətinin tənzimlənməsinin əleyhinə olduğunu vurğulayıb:
“Hökumət qiymət siyasətinə müdaxilə etməməlidir. Hökumətin vəzifəsi odur ki, əlverişli və ədalətli biznes mühiti yaratsın. Bazarda inhisarçılıq ləğv olunsun, çoxlu oyunçular olsun. Bu zaman qiymət düşər, keyfiyyət isə qalxar. Qiyməti dövlət tərəfindən tənzimlənməyən dərmanların müxtəlif qiymətlərlə satılması təbiidir. Yəni qiyməti özləri formalaşdırıb, o cür də satırlar. Əlbəttə ki, qiymətlərin yuxarı həddə satılması istehlakçının aldadılmasıdır. Belə halda istehlakçı mütləq “195” nömrəsi ilə İqtisadiyyat Nazirliyinə müraciət etməlidir ki, həmin yer ifşa olunsun.
Bəzi dərman distribütorları var ki, bazarda haqsız rəqabət mühiti yaradaraq, nisbətən aşağı qiymətə dərman təklif edirlər.
Aptek binası üçün icarə verənlər isə bu rəqabətə dözə bilmirlər. Bu isə bazar qanunlarından qaynaqlanan bir məsələdir. İstənilən halda, hər zaman qeyd etdiyimiz kimi, bütün bunları həll etmək üçün yerli dərman istehsalına rəvac verilməlidir. Çox təəssüf ki, hökumət bu işdə çox ləngiyir”.