Logo
news content
User
Kateqoriyalar

Xəbər

SOS: Daha bir ölümcül virus tapıldı - 7 nəfər yoluxub, 5-i ölüb

Tanzaniyada müasir elmə məlum olmayan yoluxucu xəstəlik aşkarlanıb.

Pressklub.az xarici mediaya istinadla xəbər verir ki, həkimlər yeddi nəfərdə bu xəstəliyə diaqnoz qoyub, onlardan beşi artıq dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi də məlumat yayıb.

"Səhiyyə Nazirliyi bu günə qədər Bukoba şəhərində beş nəfərin ölümünə səbəb olan naməlum xəstəliklə bağlı xəbərdarlıq edir" - yeni infeksiya haqqında xəbərdarlıqda bildirilir.

Simptomlar arasında həkimlər qızdırma, qusma, qanaxma və qaraciyər çatışmazlığını qeyd edirlər. Xəstəliyin ətraflı öyrənilməsi üçün xəstələrdən nümunələr götürülüb.

Dünya tibb alimləri hazırda bu yeni infeksiya ilə bağlı narahatlıqlarını bölüşürlər.