Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şolts müttəfiqləri Ukraynaya tanklar verməyə çağırıb

“Ukraynaya döyüş tanklarının verilməsinin tərəfdarı olan ölkələr öz vədlərini yerinə yetirməli və tankları verməlidirlər”.

Pressklub.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib.

“Belə tankları vermək iqtidarında olanların bunu indi etməsi lazımdır”, - o bildirib.

Bundan əvvəl “Die Welt” qəzeti Niderland və Danimarkanın Kiyevə “Leopard 2” tanklarının verilməsində iştirak etməyəcəyini yazıb.

Yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu texnikanın təkrar ixracına icazə verəcəyini təsdiqləyib.