Logo
news content
User
Kateqoriyalar

Xəbər

Solovyovdan yeni işğal təklifi: “Ərazilərimizi genişləndirməliyik” - VİDEO

Rusiyanın qalmaqallı teleaparıcısı Vladimir Solovyov verilişində anormal bir təklif irəli sürüb.

O, sanksiyalara görə Rusiyada çatışmayan ehtiyyat hissələri istehsal edən ölkələri də ələ keçirməyi təklif edib. Solovyovun villasını yandırdılar - Bizə ehtiyat hissələri lazımdır. Ona görə də ərazilərimizi zavodların olduğu yerlərə qədər genişləndirməliyik. Komoya (İtaliyadakı Komo gölü. Solovyovun əlindən alınan villasının yerləşdiyi ərazi -red.) hələ də yazığım gəlir. Gəlin, genişləndirək, - Solovyov hökumətə çağırış edərək ucadan gülüb.

Dəvət olunan qonaqlardan biri isə Bulqakovu xatırladıb: “Gələcəklər və hər şeyi özləri verəcəklər”.

Qeyd edək ki, Solovyovun Komoda ümumi dəyəri 8 milyon avro olan üç mülkü var.

Xatırladaq ki, mart ayında Avropa İttifaqı Ukraynadakı hadisələrlə əlaqədar bir sıra Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi. Onların arasında Solovyov da var idi. Onun adının siyahıya salınmasından sonra villasına da həbs qərarı çıxarılıb.