Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sui-qəsdə məruz alan Fitsonun həyatina təhlükə sovuşub

Sui-qəsd nəticəsində yaralanmış Slovakiya Respublikasının Baş naziri Robert Fitso əməliyyat olunub. 

“TA3” telekanalının məlumatına görə, əməliyyat uğurlu keçib. 

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir, şüurludur və həkimlərlə danışır.

Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomas Taraba deyib ki, artıq Baş nazir Robert Fitsonun həyatina təhlükə yoxdur.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.